Azərbaycanda Audit xidməti
Audit xüsusi vəsaitlərin, maliyyə nəticələrinin, aktivlərin, öhdəliklərin düzgün, tam və dəqiq əks etdirilməsini müəyyənləşdirmək məqsədi ilə qanunvericiliyə uyğun olaraq iqtisadi subyektlərin malik olduğu illik maliyyə hesabatlarının müstəqil yoxlanmasını nəzərdə tutur. Audit işinin əsasını dövlətin, müəssisənin müdiriyyətinin və onun sahiblərinin (əmanətçilərin, səhmdarların) qarşılıqlı marağı təşkil edir.
Bildirmək istərdik ki, Audit xidmətinin məcburi, könüllü, ümumi, vergi, ekspress və s. kimi növləri vardır. Lakin günümüzdə ən tələbatlı və çox müraciət olunan Məcburi Audit növüdür.
Məcburi Audit
Qeyd etmək lazımdır ki, Mülki Məcəllədə, “Auditor xidməti haqqında” və “Mühasibat uçotu haqqında” AR Qanunlarında və digər hüquqi normativ xarakterli sənədlərdə məcburi auditin anlayışı və onun məcburiliyi barədə məlumat əks edilmişdir.
Maliyyə hesabatlarının məcburi audit şirkət sənədlərinin fərdi auditor və ya qrup tərəfindən yoxlanılmasıdır. Burada məqsəd material baxımından bütün hesablamaların etibarlılığı barədə düzgün rəy bildirməkdir. Bu tip yoxlamanın nəticəsi audit hesabatı adlanır.
«ASCompany» MMC şirkəti Məcburi Audit yoxlamalarını tələb edilən MMC, Səhmdar cəmiyyətlər və digər mülkiyyət formalı təşkilatlar üçün bu xidməti yerinə yetirir. Eyni zamanda tövsiyə xarakteri daşıyan bəzi qurumların yoxlamalarını da təşkil edir.